Rayonlarda 16 qəpiyə satılır, Bakıda isə… – Yeni qiymət

Rayonlarda yumurtanın qiymətində ucuzlaşma müşahidə olunub.

Globalinfo.az bildirir ki, rayon bazarlarından “Qaynarinfo”ya verilən məlumata görə, mart ayında 30 qəpiyə satılan kənd yumurtasının qiyməti 16 qəpiyə düşüb.

Satıcılar bunun səbəbini mövsümlə əlaqələndirir.

Bakıda isə bazar və dükanlarda kənd yumurtasının qiyməti 30-35 qəpik təşkil edir.