yagis 12 900x600 1

Avqustun 9-u axşam saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Gədəbəydə 17, Daşkəsəndə 14, Ağstafa, Göygöldə 9, Şəmkirdə 7, Gəncədə 6, Tovuzda 4, Şəkidə 2, Tərtər, Yevlax, Ceyrançöl, Şahdağ, Naftalanda 1 mm-dir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfa və Mingəçevirdə 21, Naftalanda 18, Şabranda 17, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Sədərəkdə 15 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Aran rayonlarında 40, Naxçıvan MR-da 38, dağlıq rayonlarda isə 27 dərəcəyədək isti müşahidə olunub.

Paylaş: