WhatsApp Image 2026 04 21 at 11.16.27

Avqustun 14-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən məlumata görəölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılar intensivvə güclü olub.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 53 (aylıq normanın 46 %-i), Balakəndə 45 (aylıq normanın 61 %-i), Zaqatalada 44 (aylıq normanın 60 %-i), Xınalıqda 40 (aylıq normanın 119 %-i), Qrızda 20 (aylıq normanın 38 %-i), Qusarda 10 (aylıq normanın 30 %-i), Gədəbəydə 10, Quba, Tovuzda 8, Ağdamda 7, Xaçmaz, Şabran, Kişçayda (Şəki) 4, Daşkəsən, Lənkəran, Ceyrançöl, Culfada 3, Şahdağ, Qəbələdə 2, Göygöl, Gəncə, Naftalan, Oğuz, Tərtər, Mingəçevir, İsmayıllı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Sabirabadda, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm qeydə alınıb.

Paylaş: