Bakıdan rayonlara gedən istiqamətdə uzun tıxac yaranıb.

Globalinfo.az xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından başlayaraq “Sədərək” Ticarət Mərkəzinədək uzanan hissədə nəqliyyatın hərəkətində ciddi sıxlıq müşahidə olunur.

Bildirilir ki, sürücülər artıq 30 dəqiqədən çoxdur yolda ləngimə ilə üzləşirlər.

İlkin məlumata əsasən, tıxacın yaranmasına BakıQazax magistral yolunda aparılan təmir işləri səbəb olub.

IMG 20260711 WA0024

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: