Rasim Musabəyov jurnalistləri təhqir etməsi xəbərinə aydınlıq gətirdi

“Mənim çıxışımın hansı hissəsində jurnalistlərin ünvanına təhqir var axı?! Mən deyirəm ki, Paşinyan jurnalist olaraq qalıb, dövlət adamı, siyasətçi ola bilməyib”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında deputat Rasim Musabəyov jurnalistləri təhqir etməsi xəbərinə aydınlıq gətirən zaman deyib.

O, jurnalistləri təhqir etmədiyini bildirib:

“Jurnalistlərlə nə işim var?! Mən deyirəm ki, Paşinyan jurnalist kimi qalıb. Jurnalist açıqlama alıb başqasının dediklərini yazır, siyasətçi isə öz sözünün ağası olmalıdır. Paşinyan bu gün bir, sabah başqa fikir səsləndirir.

Ona qalsa, Boris Conson da jurnalistikadan gəlib də, amma siyasətçidir, dövlət adamıdır. Paşinyan isə indiyə kimi siyasətçi ola bilməyib. Burada jurnalistlərin ünvanına hansı təhqirdən söhbət gedir? İnsanlar mız qoymaq istəyirlərsə, axtarıb demədiyin sözdən də yapışa bilərlər”.

Zaira Akifqızı
Globalinfo.az