Rasim Balayevi onlar hədəfə gətirir – İqbal Ağazadə ünvanı göstərdi

Prezident İlham Əliyevin Xalq artisti Rasim Balayevi 75 illiyi münasibətilə “İstiqlal” ordeni ilə təltif etməsi və “səhnəmizin Babəki” adlandırmasına aktyorun “Əsl Babək sizsiniz” deməsi bəzi müxalif kəsimlər tərəfindən tənqid edilib, həmçinin qaralama kampaniyası başladılıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, həmin qruplar cəmiyyətdə azad sözün, demokratiyanın mahiyyətini və məsuliyyətini dərk etmədikləri üçün məsələyə bu şəkildə yanaşırlar.

O bildirib ki, R.Balayev öz fikrini səsləndirib:

İqbal Ağazadə

“Adam şəxsi fikrini, düşüncəsini ifadə etməkdə sərbəstdir, azaddır! Şəxsi fikir bildirdiyinə görə kimsə onu nə linç edə, nə qarşı gedə, nə də təhqir edə bilər. Razılaşmaya bilər, bu da onun fikridir. Amma bunu fərqli şəkildə ifadə edib şəxsiyyəti aşağılamaq, onun yaradıcılığının üzərindən xətt çəkmək və ya cəmiyyətdə, ictimai rəydə onun nüfuzuna xələl gətirən ifadələr işlətmək olduqca yanlışdır.

Bayaq qeyd etdiyim kimi, bu da ondan irəli gəlir ki, insanlar sözün, azadlığın, demokratiyanın nə olduğunu hələ ki dərk etməyiblər”.

Zaira Akifqızı
Globalinfo.az