Rasim Balayev binadan çıxarılması xəbərinə aydınlıq gətirdi

Xalq artisti Rasim Balayevin sədri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqının yerləşdiyi binadan çıxarılması haqda xəbərlər yayılıb.

Globalinfo.az məsələni dəqiqləşdirmək üçün Xalq artisti ilə əlaqə saxlayıb.

R.Balayev binanın qanuni sahibi Lala Əfəndiyeva ilə bağlanan müqavilənin ötən ay başa çatdığını bildirib:

“Biz vaxtı uzatmaq istəsək də, xanım başqa planlarının olduğunu və bu səbəbdən müqavilənin vaxtını uzada bilməyəcəyini dedi. Heç bir mübahisə olmadan razılaşdıq. Bilirsiniz ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşib. Biz də qərar verdik ki, Şəfiqə xanımın ofisinə köçək . Bizi digər yerdən kimsə zorla çıxarmayıb”.

Zaira Akifqızı
Globalinfo.az