Raqif Abbasov istefa verdi – FOTO

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov vəzifəsindən istefa verib.

Globalinfo.az xəbər verir ki, bu barədə özü məlumat verib.

“Əziz və doğma kollektivim! Sizlərlə birlikdə uzun müddət çalışmaq xoş idi.Hər birinizə gələcəkdə nazirliyimizin iş fəaliyyəti yolunda uğurlar arzulayıram!”, – Abbasov bildirib.

Qeyd edək ki, Raqif Abbasov 2007-ci ildən BŞGİBİ-nin rəisi vəzifəsində çalışırdı.

Zaira Akifqızı
Globalinfo.az