Ramiz Mehdiyevin adı siyahıdan silindi – FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin adı qurumun saytında sabiq prezidentlər siyahısında yer almayıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qurumun science.gov.az saytında “AMEA haqqında” bölümündə 10 sabiq prezidentin adı yer alıb, lakin R. Mehdiyevin adı qeyd olunmayıb.

Xatırladaq ki, R. Mehdiyev 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edib.

Qeyd edək ki, hazırda AMEA-nın prezidenti İsa Həbibbəylidir.