“Ramiz Mehdiyev hazırda masaj olunur” – Kürəkəni danışdı

Ramiz Mehdiyevin səhhətində problem yaranıb.

Globalinfo.az manşet.az-a istinadən bildirir ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin səhhətində problem yaranıb. O bununla bağlı paytaxda yerləşən klinikalardan birinə aparılıb.

Ramiz Mehdiyevin telefonuna cavab verən kürəkəni, keçmiş deputat İlham Əliyev qısa açıqlamasında bunları deyib.

“Ramiz müəllim hazırda telefona cavab verə bilmir. O prosedurlar qəbul edir, hazırda masaj olunur.”