Məsələ ilə bağlı Manset.az-a danışan Ramin Bayramlı seçkinin çoxdan baş tutduğunu bildirib:
“Bu, may ayında baş tutmuş köhnə bir seçkidir. Xəbərlərdə indi dərc olunur. Mənim ictimai birliyə təsisçiliyim 2018-ci ildən başlayır, burada böyüdüləcək bir məsələ yoxdur”.
“2001-ci ildən Azərbaycan Tibb Universitetinin müəllimiyəm və orda da müəllim kimi davam edirəm. Harada işləməyimdən asılı olmayaraq, həmişə müəllim olmuşam”, – o əlavə edib.
Qeyd edək ki, R.Bayramlı 2019-cu ildə TƏBİB-in sədri vəzifəsinə təyinat almışdı. 2021-ci il sentyabrında isə öz ərizəsi ilə vəzifəsindən azad olunub.
***11:06
Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin İdarə Heyətinin yeni tərkibi formalaşıb.
Globalinfo.az Unikal-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı sözügedən İctimai Birliyin sədri seçilib.
Qeyd edək ki, R.Bayramlı 2019-cu ildə TƏBİB-in sədri vəzifəsinə təyinat almışdı. 2021-ci il sentyabrında isə istefa verərək işdən ayrılıb.