Ramanada ev yandı -YENİLƏNİB

Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi evdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Globalinfo.az-a Nazirlikdən məlumat verilib.

***16:57

Ramanada ev yanır.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi evdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.