Ramanada dəhşətli anlar – VİDEO

Bakıda 106 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü piyadaya çətin anlar yaşadıb.

Globalinfo.az Baku.ws-yə istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsi ərazisində baş verib.

Belə ki, 106 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü məsuliyyətsiz davranaraq nəqliyyat vasitəsini piyadanın üzərinə sürüb.

Piyada son anda xilas olmağı bacarsa da, yol kənarındakı reklam lövhəsi aşıb.