Rafiq İbrahimovun səhhətində problem yarandı

WhatsApp Image 2024 05 26 at 17.49.39

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Rafiq İbrahimovun səhhətində problem yaranıb.

Globalinfo.az xəbər verir ki, bu haqda onun qızı Nisə Rzayeva axşam.az-a danışıb

O bildirib ki, atası onkoloji xəstəlikdən əziyyət çəkir.

Onurğasında problem yaranan R.İbrahimov bir müddətdir müalicə alır.

Qeyd edək ki, Rafiq İbrahimov Bakı Bələdiyyə Teatrının repertuarında olan əksər tamaşalarda əsas rollarda çıxış edib.