Rafael Ağayev çempionluq kəmərini qazandı, bunları dedi – VİDEO

Rafael Ağayev kəməri qazanmaq üçün çox çalışdığını bildirib:

“Bu titul Azərbaycan xalqınındır. Bir il səkkiz ay əvvəl anam vəfat edib. Bu, həmin vaxtdan sonra əldə etdiyim ilk qızıl medaldır. Mükafatı anama və xalqıma həsr edirəm. Arzuma çatdım və dünya çempionu oldum”.

***11:27

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev peşəkarların mübarizə apardığı “Karate Combat” turnirində titul görüşünə çıxıb.

Globalinfo.az bildirir ki, azərbaycanlı idmançı ABŞ təmsilçisi Reymond Denielsi məğlub edərək çempionluq kəmərinə sahib çıxıb.

Qeyd edək ki, Rafael Ağayev 2018-ci ildən “Karate Combat”da mübarizə aparır.