Radio və TV-lərimiz Qarabağ ermənilərini məlumatlandırır

Lokal xarakterli antiterror tədbirləri ilə bağlı Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalinin məlumatlandırılması ilə bağlı tədbirlər həyata keçirilir.

Globalinfo.az xəbər verir ki, Azərbaycan radiosu, İctimai radio, CBC telekanalı, Baku TV, sosial media müntəzəm qaydada rus və erməni dillərində antiterror tədbirlərinin keçirilməsi barədə əhalini məlumatlandırır, bu məqsədlə digər mümkün vasitələrdən də geniş istifadə olunur.

Tədbirlələ əlaqədar onlara hərbi obyektlərdən, hərbi texnikadan, qanunsuz rejimin fəaliyyət göstərdiyi inzibati binalardan uzaq durmaq, hərbi geyimdə olmamaq, üzərlərində silah daşımamaq, yaşadıqları evlərdə qalmaq, tədbirlər keçirilən zonalara daxil olmamaq və təhlükəsizliklə bağlı digər tövsiyələr verilir. Bildirilir ki, tədbirlərin əsas hədəfi hələ də həmin ərazidə qalan Ermənistan Silahlı Qüvvələrinin bölmələri və hərbi infrastrukturdur.

Qarabağdakı cinayətkar rejimin, hərbi xuntanın mövcudluğuna son qoyulmalı, həmin ərazidə Konstitusiya quruluşu bərpa edilməli, əhalinin təhlükəsizliyi, sabitlik və əminamanlıq təmin olunmalı, işğaldan azad olunmuş bütün torpaqlar kimi, həmin ərazilərdə də inkişafın təmin edilməsi üçün zəruri şərait yaradılmalıdır.