Radikal dini qruplar radikal siyasi partiyalarla zərərsizləşdirilir? – AXCP ilə bağlı mübhəm

AXCP-nin son tədbirini Sabunçu Gənclər evində keçirməsi hələ də müzakirə edilir. Bəzi rəylərə görə, hakimiyyət radikal dini müxalifətin təsirini azaltmaq üçün radikal siyasi müxalifəti reanimasiyadan çıxarmaq qərarına gəlib. Bunu AXCP-nin hakimiyyətlə gizli anlaşmaya getməsi kimi dəyərləndirənlər də var.

Maraqlıdır, bəs reallıq necədir?

Mövzunu Globalinfo.az-a şərh edən AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, siyasi partiyaların öz dövlətləri ilə münasibətlərinin normal olması adi bir haldır:

Tural Abbaslı

“Əslində bu bütün dünyada normal qəbul edilmiş bir haldır. Yəni siyasi partiyaların dövlətlə münasibəti hüquqi və qanuni əsaslarda tənzimlənməlidir.
Təəssüf ki, Azərbaycanda dövlət ilə siyasi partiyalar arasında münasibətlər sağlam təməllər əsasında formalaşmayıb. Müxalifətçilik sanki düşmən siyasəti kimi təqdim edilib. İqtidarda olan partiya müxalifət partiyasını, müxalifət partiyası isə iqtidar partiyasını düşmən kimi görüb.

Sevindirici haldır ki, son iki üç il ərzində dövlət ilə siyasi partiyalar arasında dialoq prosesi başlayıb. Bu gün dövlət partiyaları qəbul edir və minimal da olsa fəaliyyət üçün şərait yaradır. Lakin biz nəyin şahidi oluruq, belə bir məqamda keçmiş partiyaların bir çoxu prosesi tənqid edir, hətta təhqirə belə yol verir.

Hətta o səviyəyə gəliblər ki, 44 günlük müharibədən sonra işğaldan azad edilən ərazilərə səfər edən siyasi partiya rəhbərlərini xəyanətkar kimi təqdim edirlər. Bu gün isə bizləri tənqid edənlər özləri şəhərin mərkəzində dəbdəbəli salonu olan işıqlı zalda təbdir keçirir. Təbii olaraq bu insalarda sual yaradır. Yəni bu günə qədər yürütdüyünüz siyasət nədir indi atdığınız addım nədir. Hər halda heçkəs Sabunçu Gənclər Evinin birdən-birə qapılarını hansısa müxalifət partiyasının üzünə açdığını düşünmür. Bunlar mərkəzləşmiş şəkildə olur.
Belə çıxır ki, qəbul etdikləri, tutduqları yoll yalnışdır. İnsanları xəyanətdə ittiham etdikləri yoldadırlar”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə deyib ki, Kərimov Əli nə müxalifətdir, nə də radikal:

Hafiz Hacıyev

“Kərimov Əli hakimiyyətin müəyyən qollarından ayda 70, 80 min pul alan təşkilat sədridir. 30 ildir Azərbaycan xalqının başının altında yastıq qoyur ki, mən müxalifət lideryəm, hakimiyyətə mən gələcəm.

AXCP artıq partiya deyil. Çünki yeni qəbul edilmiş siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanununun tələblərini yerinə yetirmirlər. AXCP şərbaz böhtancı bir təşkilatdır. Bu təşkilatın arxasında hakimiyyətin müəyyən qolları dayanır. Ramiz Mehdiyevin Əli Həsənov kimi 5-ci kalonun nümayəndələri onu himayə edir. 30 ildir standart sözlərdən istifadə edirlər bir-birini ittiham edib söyürlər”.

Turan Rzayev
Globalinfo.az