radev 0

Bolqarıstan Baş naziri Rumen Radev Avropa İttifaqının () Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin ölkənin maraqlarına təsir edəcəyi təqdirdə ona veto qoymağa hazır olduğunu açıqlayıb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, hökumət başçısı bu açıqlamanı parlament üzvlərinin suallarını cavablandırarkən verib.

Radevdən -nin Moskva, Rusiyanın patriarxı Kirill və “Lukoil” şirkətinin təsisçisi, azərbaycanəsilli rusiyalı milyarder Vahid Ələkbərova qarşı sanksiyalar tətbiq etmək planları ilə əlaqədar vetonun qoyulması ehtimalı barədə soruşulub.

“Rusiyaya qarşı 21-ci sanksiyalar raunduna veto qoymağa hazır olub-olmadığımı soruşdunuz. Deyə bilərəm ki, mən təkcə hazır deyiləm, bunu edəcəm. Sadə dillə desək, bunu milli maraqlarımızı qorumaq üçün edəcəm”, – Bolqarıstan Baş naziri suala cavab olaraq vurğulayıb.

Paylaş: