Ukrayna Ali Radasının deputatı Artem Dmitruk Avropa İttifaqının Ukraynaya ayırdığı kreditin ölkədə mövcud vəziyyəti dəyişməyəcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, o bu fikirləri şəxsi Teleqram kanalında paylaşıb.
Deputatın sözlərinə görə, hökumətdəki korrupsiya, eləcə də mənfi iqtisadi və sosial proseslər fonunda Aİ-nin maliyyə dəstəyi real təsir göstərməyəcək.
Dmitruk qeyd edib ki, Ukraynanın bir çox bölgələrində vəziyyət daha da pisləşir və proses geridönməz xarakter alıb.
O, həmçinin ayrılan vəsaitlərin səmərəli istifadə olunmayacağına əminliyini ifadə edərək bildirib ki, hazırkı şəraitdə bu cür maliyyə yardımı “dibsiz quyuya pul tökmək” kimi qiymətləndirilə bilər.
Tahir Turan
Globalinfo.az