Rəşad Dağlının qohumu: “Ailələr danışıb, barışıq ola bilər”

Rəşadın bu addımı atmasının səbəbini hələ dəqiq bilmirik. Görüşə icazə olmadığından özü ilə əlaqəmiz yoxdur.

Bu sözləri Globalinfo.az-a açıqlamasında meyxanaçı Rəşad Dağlının qohumu, jurnalist Könül Aypara deyib.

O bildirib ki, hazırda Rəşad Dağlı hakim qarşısına çıxarılıb:

“Ağsaqqallarımız mərhumun ailə üzvləri ilə görüşüblər. Onlar öz övladlarını günahkar bilirlər. Allahın iznilə barışıq əldə olunar”.

Zaira Akifqızı, Globalinfo.az