92711518 2bd8 3372 aa33 b4eecedbf46c 850

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Almatıda səfərdə olan BMT-nin Baş katibi Antonio Quterreş Mərkəzi Asiyada ilk Dayanıqlı İnkişaf Məqsədləri Mərkəzini ziyarət ediblər.

Globalinfo.az “Report” a istinadən xəbər verir ki, görüşdə Tokayev mərkəzin açılışında göstərdiyi dəstəyə görə qonağa minnətdarlığını bildirib.

“Mən sizin UN80 adlı vaxtında və uzaqgörən təşəbbüsünüzü də yüksək qiymətləndirirəm. Qazaxıstan BMT-də islahatlar aparmaq səylərinizi tam dəstəkləyir”, – Tokayev deyib.

O, Qazaxıstanın BMT-nin fundamental prinsiplərinə çoxtərəflilik, diplomatiya və əməkdaşlığa sarsılmaz sadiqliyini bir daha təsdiqləyib.

A.Quterreş Qazaxıstanın beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və davamlı inkişaf məqsədlərinin təşviqinə verdiyi töhfəni qeyd edib.

Paylaş: