1703507813 658975ec49a1d658975ec49a1e1703507436658975ec49a1b658975ec49a1c

Tanınmış jurnalist, TASS-ın baş direktorunun keçmiş birinci müavini Mixail Qusman Bakıya gəlib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, o, ötən gün vəfat edən Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində iştirak edib.

Qusman yazıçının yaxınları ilə görüşüb və onlara başsağlığı verib.

75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib. 2000-ci ildən “Güc formulu” teleserialının müəllifi və aparıcısı olan Mixail Rusiyanın əməkdar mədəniyyət işçisi (2001) və əməkdar jurnalistidir. Qusman YUNESKO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, YUNESKO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiyanın YUNESKO üzrə Komissiyasının üzvüdür. O, Xankəndidə keçirilən Şuşa Qlobal Media Forumunda iştarak etdikdən sonra iyulun 24-də vəzifəsindən azad edilib.

Qusman mərasimdə keçmiş xarici işlər naziri Elmar Məmmədyarov və sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin yanında əyləşib.

1754297049 whatsapp image 2025 08 04 at 12.42.32

Paylaş: