
Qusar rayonunda qəbir daşlarını dağıdan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Globalinfo.az-a bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirilən tədbirlərlə Pərviz Eldarovu saxlayıblar.
Belə ki, araşdırmalar zamanı məlum olub ki, o, həmkəndilərinə məxsus qəbir daşlarını dağıdaraq yararsız hala salıb.
Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.
***
Qusarda qəbiristanlıq dağıdılıb.
Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Qılahoba kəndində qeydə alınıb.
Naməlum şəxs qəbiristanlığa girərək, məzar daşlarını yerlə yeksan edib.
Sakinlərin sözlərinə görə, naməlum şəxs ailə üzvlərinin qəbir daşlarını dağıdıb.
Məsələ ilə bağlı Qusar Rayon Polis Şöbəsinin əməkdaşları hərəkətə keçiblər. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə qəbirləri dağıdan şəxsin 44 yaşlı Pərviz Eldarov olması müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.