Qusarda kanaldan meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qusar rayonu, Gündüzqala kəndində, su kanalında 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.