Qurbanov “Rakuv”la qarşılaşmadan danışdı

“Böyükhesablı qələbə olsa da, rəqib mübarizədən əl çəkmirdi”.

Globalinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Cəbəllütariq klubu “Linkoln”a 4:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis maraqlı mübarizə alındığını söyləyib: “Futbolçularmı təbrik edirəm. Futbolçularım sona kimi çox güc sərf etdilər. Sonda yaxşı qalibiyyət oldu. Yaxşı atmosfer yaratdıqları üçün azarkeşlərə təşəkkür etmək istəyirəm”.

O, müdafiəçi Kevin Medinanın start heyətində yer almamasının başqa komandaya keçməsi ilə əlaqədar olmadığını söyləyib:

“Medina ilə ciddi maraqlanırlar. Amma Medina hələ bizimlədi. Bu gün əsas heyətdə oynamaması da sırf bununla bağlı deyildi”.

Baş məşqçi növbəti raunddakı rəqib “Rakuv”un fərqli üsluba malik olduğunu vurğulayıb:

“Hər bir rəqibin bizə qarşı yaşatdığı çətinliklər var. Hər komanda fərqli oyun sistemində çıxış edir. “Linkoln”u məğlub etmək heç də asan olmadı. “Rakuv”a qarşı dəyişiklik olmalıdır. Onlar fərqli oyun sistemində çıxış edirlər, bərk komandadır. “Rakuv” ciddi rəqibdir. Polşa futbolundan tam fərqli oyun fəlsəfələrinə malikdirlər. Onları yaxından tanımaq üçün 5-6 gün vaxtımız olacaq. Başda mən olmaqla, bu oyuna yaxşı hazırlıq keçəcəyik”.

Qurbanov yarımmüdafiəçi Yassin Benziyanın hələ optimal formada olmadığını deyib: “Benziyanın ustalığına heç vaxt şübhəm olmayıb. Sadəcə, uzun müddət kənarda qaldığı üçün idman formasından uzaqlaşmışdı. Bizə gəldikdən sonra da iki dəfə zədələnmişdi. Bu gün də 90 dəqiqə meydanda saxlamadıq. Çünki hazır deyil. Daha 3-4 belə oyun keçirsə, əsl Benziyanı görəcəyik. Bu gün tam razı deyiləm. Onu tələsmədən yaxşı səviyyəyə gətirməyə çalışırıq”.

Təcrübəli mütəxəssis müdafiəçi Bəhlil Mustafazadənin bu görüşdə hücuma daha çox atıldığını bildirib: “Standart vəziyyətlərdən sonra hücumda görünürdü. Standart vəziyyətlər zamanı düzgün mövqe seçə bilir. Bu da onun üstünlüyüdür. Hücuma daha çox getməsini deməmişdim. Amma hücumların başlamasında rol oynamasını tapşırmışdıq”.

Qeyd edək ki, “Qarabağ” ilk oyunda səfərdə 2:1