IMG 8161

(Xəbərə yeni foto və videolar əlavə edilib)

Azərbaycan millisi və “Qarabağ”ın futbolçusu Musa Qurbanlının bu gün toyudur.

Globalinfo.az xəbər verir ki, OLAY-a istinadla xəbər verir ki, Qurban Qurbanovun oğlunun şəhər restoranlarından birində keçirilən məclisi dini səbəblər əsas gətirilərək iki hissəyə ayrılıb.

Bir hissədə bəylər, digər hissədə xanımlar olub. Nə qadınların yığıldığı məclisdə, nə də kişi məclisində musiqiçilər olub.

Xanımların olduğu zalda xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar akapella ifalarla kifayətləniblər. Bundan başqa gecədə əməkdar artist Sevda Ələkbərzadə səhnə alıb.

Məclisin aparıcısı Leyla Quliyeva olub.

Qeyd edək ki, Musa Qurbanlı “Qoçət” restoranlar şəbəkəsinin sahibi Sənan Təhməzovun qızı ilə ailə həyatı qurur.


543359154 1747386115978948 425946177609031290 n toy

Paylaş: