Qurban Qurbanovdan tarixi qələbə haqda İLK AÇIQLAMA – VİDEO

“Azarkeşlərimizə təşəkkür edirəm. İnsanların sevincinə görə çox sevinirəm (kövrəlir)”.

Globalinfo.az xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Braqa” ilə oyundan sonrakı ilk açıqlamasında deyib.

“Həqiqətən bu gün futbolçular böyük xarakter göstərdilər. Müharibədə Ali Baş Komandanımızın güclü döyüşçüləri var idi. Oyundan əvvəl belə söhbət olmuşdu ki, bu gün biz meydanda döyüşməliyik. Başda cənab Prezident olmaqla bütün qalib xalqımızı təbrik edirəm”, – o bildirib.