Qurban Qurbanov rəqs edir – Nadir video

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova aid nadir kadrlar yayılıb.

Globalinfo.az Sportinfo TV-yə istinadən xəbər verir ki, çəkiliş 2004-cü ilə aiddir.

Görüntülər millinin ovaxtkı baş məşqçisi Karlos Alberto Torresin ad günündə çəkilib.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, “Qarabağ”ın prezidenti Tahir Gözəl kimi tanınmışların qatıldığı tədbirdə qol qaldırıb oynayan Qurbanov diqqət mərkəzinə düşüb.

O, rəqs edəndən sonra braziliyalı mütəxəssisə yaxınlaşıb və onu qucaqlayaraq təbrik edib.