“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İctimai TV-də yayımlanan “Bol idman” verilişinə müsahibə verib.
Globalinfo.az xəbər verir ki, bir çox məsələlərdən danışan mütəxəssis Azərbaycan millisindən ayılması haqda sualı da cavablandırıb:
Q.Qurbanov hazırda milli komandaya baş məşqçi axtarışında olan AFFA-nın onunla əlaqə saxlamadığını da qeyd edib: “Yox, mənimlə heç kim əlaqə saxlamayıb. Mənə AFFA-dan heç bir təklif olunmayıb. Bunun haradan qaynaqlandığını bilmirəm. Bəlkə də, siyasi gedişdir, bilmirəm. Mənim eşitdiyimə görə, millidə yerli yox, əcnəbi baş məşqçi olmalıdır. Buna görə də İşçi qrup yaradıldığı yazılır. Mənə “Sabah”la oyundan sonra sual verilmişdi ki, yeni yaradılan İşçi qrupla bağlı nə fikirləşirsiniz? Bildirdim ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. Yəni milli komanda məsələsi yenə eyni quruma aiddir. Yenə orada eyni adamlar iştirak edir. Bilmirəm, nə cür müzakirələr olunur. Yəni sonda yenə qərar verən AFFA-dır. Özləri yoluna qoyacaq”.