Qurban Qurbanov: “Bütün Azərbaycanı təbrik edirəm”

“Azarkeşlərə və futbolçularıma təşəkkür edirəm”.

Gobalinfo.az APA-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov UEFA Avropa liqasında İsveç təmsilçisi “Hakken” üzərindəki qələbədən sonra deyib.

Ağdam klubunun baş məşqçisi bildirib ki, gərgin keçən oyunda nizam-intizamı qoruyub saxlamaq mümkün oldu.

“Bütün Azərbaycanı təbrik edirəm”- deyə Qurbanov bildirib.