Qurban Qurbanov 51 yaşında: “Arzuma çatmışam” – VİDEO

Peşəkar Futbol Liqası (PFL) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 51 yaşı tamam olması münasibətilə video hazırlayıb.

Globalinfo.az xəbər verir ki, sujetdə mütəxəssisin özünün, qardaşı Maarif Qurbanovun, Zaqatala rayonunun Aşağı Tala kəndindəki qonşularının fikirlərinə yer verilib.

Q.Qurbanov bildirib ki, arzusuna çatıb: “Son 4-5 ildə mənim bir arzum var idi ki, mən “Qarabağ”da olduğum müddətdə torpaqlarımızı geri qaytaraq. Bu həyata keçdikdən sonra yeni arzu haqda fikirləşməmişəm”.

Qeyd edək ki, Q.Qurbanov 1972-ci ilin bu günündə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.