Qüdrət Həsənquliyevin vəkilləri Səbail seçiciləri ilə görüşdü – FOTO

Yanvarın 31-da BAXCP sədri, Azərbaycan Respublikasının prezidentliyinə qeydə alınmış namizəd Qüdrət Həsənquliyevin seçki qərargahının rəhbəri, partiyanın baş katibi Yaşar Kələntərli və partiyanın idarə heyətinin üzvü, prezidentliyə namizədin vəkili Faiq İsmayılov Səbail rayonunda seçicilərlə görüşüblər.

Globalinfo.az xəbər verir ki, görüşdə Qüdrət Həsənquliyevin tərcümeyi-halı, keçdiyi yol, siyasi baxışları və seçki platforması ilə bağlı seçicilərə ətraflı məlumat verilib, BAXCP-nin qeydə alınmış prezidentliyə namizədinə etimad göstəriləcəyi təqdirdə həyata keçiriləcək islahatlardan danışılıb. Seçicilərin suallarına cavab verilib.