Qüdrət Həsənquliyev üçün toplanan imza vərəqələri MSK-ya təqdim edildi

Fevralın 7-də keçiriləcək Prezident seçkilərində namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyinin müdafiəsi üçün tələb olunan imza vərəqələri və digər sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

Globalinfo.az xəvər verir ki, bu barədə BAXCP-dən bildirilib.

Məlumata görə, hazırda partiyada təbliğat kampaniyası üçün hazırlıq işləri görülür.