Kamran Əliyev 5 rayona prokuror təyin etdi

Qubadlı rayonuna prokuror təyin edilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Emil Kərimov Qubadlı rayon prokuroru vəzifəsinə təyinat alıb.

Bundan əlavə Kamran Əliyev tərəfindən daha 4 rayona prokuror təyin edilib.

Əmrə əsasən, İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Müşfiq Səfərov, Zərdab rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Zaur Əliyev və həmin vəzifələrə təyin olunub.