Qubada ağır qəzada ölənlərin kimliyi bilindi – ADLAR

Quba-Xaçmaz yolunda baş verən ağır qəzada ölənlərin və yaralananların adları məlum olub.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, hadisə zamanı Arif İmamquluyev və Elmar Məmmədov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Sürücü Fərhad İbrahimov və sərnişinlər – Mustafa Əkbərov, Akif Qurbanovun vəziyyəti isə orta-ağırdır.

Onların müalicəsi Quba Rayon Mərkəzi Xəstəxanasında aparılır.

***

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Globalinfo.aza verilən məlumata görə, fevralın 11-i saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora” markalı nəqliyyat vasitəsi ağaca dəyib.

Hadisə nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, “Lada Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə avtomobildə olan 5 nəfər ağır xəsarətlər alıb. Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.