Qubad İbadoğlu həbsdə saxlanıldı

İyulun 23-də saxlanılan Qubad İbadoğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və o, təqsirləndirilən şəxs qismində cəlb edilib.