Qubad İbadoğlu ev dustaqlığına buraxıldı – FOTO

Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.

Globalinfo.az bildirir ki, bu barədə “Report”a onun vəkili Bəhruz Bayramov məlumat verib.

Bu barədə Nərimanov Rayon Məhkəməsində qərar qəbul olunub.

Xatırladaq ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunurdu.

Sosial şəbəkələrdə onun həbsdən sonra çəkilmiş ilk fotosu yayılıb. Şəkildə Q.İbadoğlu vəkilləri Zibeydə Sadıqova və Bəhruz Bayramovla birlikdə yer alıb.

Qeyd edək ki, professor Qubad İbadoğlu 9 ay əvvəl həbs edilmişdi.

Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO