Quba sakini damarlarını kəsərək intihar etdi

Quba rayonunda intihar hadisəsi baş verib.

Globainfo.az xəbər verir ki, hadisə Quba şəhəri 6-cı məhəllədə yerləşən evdə baş verib. Orada yaşayan 1964-cü il təvəllüdlü Kamran Səyyad oğlu Mürsəliyev dünən saat 14 radələrində bıçaqla damarlarını kəsib.

O, qanitirmə səbəbindən hadisə yerində vəfat edib.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.

Malik
Globalinfo.az