Qrossi Rusiya və Ukraynaya səfər edəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Ukrayna və Rusiyaya səfər edəcək.

Globalinfo.az bildirir ki, bu barədə Qrossinin özü bildirib.

Səfərlərin məqsədi Zaporojye Atom Elektrik Stansiyasının (AES) təhlükəsizliyini təmin etməkdir.

O qeyd edib ki, AEBA şənbə və bazar günləri atəşə tutulması nəticəsində Zaporojye AES-ə dəyən zərəri qiymətləndirir.