Qriqoryandan Tavuş AÇIQLAMASI: “Qərar yoxdur”

“Hələlik Tavuşda demarkasiyaya başlamaq barədə qərar yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.

Qriqoryanın ofisinin məlumatına görə, iki ölkənin komissiyaları heç bir qərar qəbul etməyiblər, bir sıra məsələlər, o cümlədən Tavuş bölgəsindən demarkasiya prosesinin başlanması ilə bağlı razılığa gəlməyiblər.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfəri zamanı demarkasiya-delimitasiya prosesinin Tavuş vilayətindən başlayacağını bəyan edib.

Əliyar Xəlil
Globalinfo.az