Qriqoryandan Qarabağ sualına qəribə cavab

Ermənistanın siyasi elitasının bu gün Qələbə Parkını ziyarəti zamanı maraqlı anlar yaşanıb.

Globalinfo.az xəbər verir ki, erməni liderlər burada jurnalistlərin suallarına cavab verməkdən imtina ediblər. Xüsusilə liderlərin Qarabağla əlaqədar suallardan qaçdıqları müşahidə edilib. Belə ki, jurnalistlərin qarşısına çıxan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla danışıqların hazırkı mərhələsindən bəhs etməyib. O, jurnalistlərə sərt reaksiya verib.

Ən maraqlı olay isə Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanla yaşanıb. Belə ki, jurnalistlər “qarabağlı kimi Qarabağın itirilməsindən utanırsınızmı?” sualına Qriqoryan “siyasi suallar verməyin” deməklə kifayətlənib.

İlkin Həsənov
Globalinfo.az