armen

“Armen Qriqoryana Ermənistan Baş nazirin Aparatında iş təklif etmişəm. O isə yaxın müddətdə ümumiyyətlə dövlət qulluğunda fəaliyyətinə fasilə elan etmək istədiyini dedi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı deyib.

Paşinyan bildirib ki, Armen Qriqoryanın bu qərarına hörmətlə yanaşır.

Qeyd edək ki, A.Qriqoryan Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad olunub, yerinə Alen Simonyan təyib edilib. Qriqoryanın Böyük Britaniyaya səfir göndəriləcəyi bildirilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: