armen qriqoryan

Tehranda səfərdə olan Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Qriqoryan özü məlumat yayıb.

İrəvan rəsmisi Rəisi ilə görüşü zamanı müzakirə edilən mövzuları nəzərə çatdırıb:

“Görüş zamanı regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Bir daha vurğuladıq ki, sərhədlərin toxunulmazlığı prinsipinə hörmət edilməli, münaqişələr dialoq yolu ilə həll olunmalıdır. Ermənistan və İran arasında ikitərəfli münasibətlərin inkişafından danışdıq. İbrahim Rəisi salamlarını Baş nazir Nikol Paşinyana çatdırmağımı xahiş etdi”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: