ermen qriqoryan

“Azərbaycanla sülh sazişinin mətnində Avropa İttifaqının (Aİ) müşahidəçi missiyasının fəaliyyətindən bəhs edilmir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, Bakı və İrəvan hələ də sülh müqaviləsinin son iki maddəsi üzrə razılıq əldə etməyiblər:

“Ermənistan razılığın əldə olunması istiqamətində əlindən gələni edəcək. Həll edilməli məsələlər – sərhəddə üçüncü qüvvənin yerləşdirilməsi, həmçinin diplomatik müharibənin başa çatması ilə bağlıdır. Yəni hər hansı tələb yoxdur, sadəcə? məsələyə yanaşmalar fərqlidir. Lakin hələ ki həll yolunu tapmamışıq”.

Qeyd edək ki, A.Qriqoryan “diplomatik müharibə” ifadəsini Bakı ilə danışıqlar çərçivəsində ilk dəfə işlədib. O bununla beynəlxalq məhkəmələrdə qaldırılmış iddiaları nəzərdə tutub.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: