İrəvan Paşinyanın “paket”ini yenidən gündəmə gətirdi

“Ermənistan üçün Azərbaycanla sülhə nail olunması və Türkiyə ilə münasibətlərin normallaşması prioritet məsələlərdir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

A.Qriqoryan regionda kommunikasiya xətlərinin açılması üçün plan hazırlandığını bildirib:

“Sülhün kəsişməsi” layihəsi (Ermənistan Baş naziri Nikol Paşinyanın təklifi – red.) çərçivəsində regionda kommunikasiyaların açılması nəzərdə tutulur. Nəqliyyat xətləri ərazisindən keçdiyi ölkənin yurisdiksiyası və suverenliyi daxilində fəaliyyət göstərməlidir”.

Ayşən Mustafa
Globalinfo.az