Vaksinasiya ilə bağlı mühüm açıqlama – Rəsmi

Uşaqlara qızılca əleyhinə peyvənd QPM vaksini ilə milli peyvənd təqviminə müvafiq olaraq 2 dəfə – 12 aylığında və 6 yaşında vurulur. Peyvəndlərin vurulması vacibdir.

Globalinfo.az xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, QPM peyvəndləri ərazi üzrə tibb müəssisələrində (Ailə Sağlamlıq Mərkəzləri, uşaq poliklinikaları və s.) aparılır:

“Epidemioloji vəziyyətlə əlaqədar ölkə ərazisində orta və yaşlı əhalinin qızılca əleyhinə peyvəndi tətbiq olunacaq. Peyvənd 1 dəfə vurulacaq. İlk növbədə peyvənd risk qrupuna aid olan insanlara və könüllü müraciət edən şəxslərə vurulacaq”.

“Peyvəndin vurulması zamanı istehsalçının təlimatı və tibbi əks-göstərişlər nəzərə alınmalıdır. Peyvənd vətəndaşların qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisələrində (poliklinikalarda) könüllü şəkildə vurulacaq”, – deyə qeyd edib.

Həmçinin qrip əleyhinə vaksinasiya dövlət xəstəxanalarında pulsuz həyata keçiriləcək.

Məlumatda qeyd olunub ki, ölkəyə gətirilən qrip əleyhinə peyvəndin istehsalçısı Niderlanddır.

Peyvəndlər yalnız dövlət tibb müəssisələrində tətbiq edilir və ödənişsizdir.