ABŞ Konqresinin senatoru Lindsi Qrem ölümündən əvvəl Prezident Donald Trampı Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatlara qoşulmağa razı salmağa çalışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
“Qrem mart ayının əvvəlində Floridaya gedərək Trampı İsrailin Livanda “Hizbullah”a qarşı bombardmanlarına qoşulmağa inandırmağı planlaşdırırmış. Lakin həmin vaxt İsrailin Baş naziri Benyamin Netanyahu bunun üçün hələ tez olduğunu bildirərək ehtiyatlı davranmağın vacibliyini vurğulayıb”, – deyə bildirilib.
Nəşr həmçinin Qremlə Netanyahu arasında aparılan danışığın detallarını da yayıb.
Söhbət zamanı hər iki siyasətçi İrana qarşı hərbi əməliyyatların başlanmasını müsbət qiymətləndirib.
Qrem ABŞ-ın İslam Respublikası üzərində qısa müddətdə qələbə qazanacağına əmin olduğunu desə də, sonrakı hadisələr bu gözləntini doğrultmayıb.
Əliyar Xəlil
Globalinfo.az