İngiltərənin “Sanderlend” klubunda çıxış edən və İsveçrə milli komandasının kapitanı olan Qranit Caka saxta COVID-19 peyvənd sertifikatı əldə etdiyi üçün cəzalandırılıb.
Globalinfo.az xəbər verir ki, futbolçu barədə qərarı özü sosial şəbəkə hesablarında açıqlayıb.
Caka saxta rəsmi sənəd əldə etmə ittihamı üzrə iki il sınaq müddəti olmaqla 50 günlük şərti cəzaya məhkum edilib. Hər gün üçün müəyyənləşdirilən cərimə 3 min İsveçrə frankıdır. Beləliklə, ümumi məbləğ 150 min İsveçrə frankı təşkil edir. Bu məbləğ təxminən 180 min dollar təşkil edir.
Qeyd edək ki, sentyabr ayında Lütsern prokurorluğunun futbolçu ilə bağlı saxta sənəd əldə etmə maddəsi üzrə araşdırma apardığı məlum olmuşdu. Daha sonra 34 yaşlı oyunçu təqsirini qəbul etdiyini və istintaqla əməkdaşlıq etməyə hazır olduğunu açıqlamışdı. Həmin vaxt onun həbs edilə biləcəyi də bildirilirdi.