Qoyunların bu qəribə hərəkəti sahibini şoka saldı: səbəbi aylar sonra bilindi – VİDEO

İngiltərədəki Hartpuri Universitetinin Kənd Təsərrüfatı Fakültəsindən professor Mett Bell bu sirli davranışların səbəbi barədə elmi fikir irəli sürüb.

Alimin sözlərinə görə, bəzi heyvanlar daim dar bir sahədə sıxışdıqları vaxt qəzəblənərək bu cür davranırlar. O ehtimal edib ki, qoyunlar da uzun müddət eyni bölgədə olduqları üçün qəzəbli olublar. Bir neçə qoyunun başlatdığı “fəaliyyət” isə sonradan “sürü psixologiyasına” uyğun olaraq davam edib

Bir müddət öncə sosial şəbəkələrdə 12 gün durmadan dövrə vuran qoyunlar barədə kadrlar virus sürəti ilə yayılıb. Görüntülər Çinin Baotou şəhərindən olub.

Yalnız soyadı açıqlanan fermer Miaonun sözlərinə görə, əvvəl bir neçə qoyun dövrə vurmağa başlayıb, sonra isə bütün sürü bu hərəkətə cəlb olunub.

Hər kəsi, xüsusən də çobanları şoka salan bu qəribə vəziyyətə səbəb kimi əvvəlcə bakterial xəstəlik göstərilsə də, heyvanların tamamilə sağlam olduğunun üzə çıxması vəziyyətin müəmmasını daha da artırıb.

Mənbə:Haber Global