55df2d7c 8e3f 3673 b132 f17ea9475b24

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) sədri Orduxan Qəhrəmanzadə Hərəkatın COVID-19-a Qarşı Mübarizə Üzrə Təmas Qrupunun Zirvə Görüşündə bəyanat səsləndirib və QHGT-nin fəaliyyəti ilə bağlı bir sıra məqamları vurğulayıb.

Gənclət Təşkilatından Globalinfo.az-a verilən məlumata görə, bəyanatda bildirilib ki, 2022-ci il ərzində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı vətəndaşların sağlamlığının və rifahının, keyfiyyətli təhsilə çıxışın təmin edilməsi, insan hüquqlarının qorunması, iqlim dəyişikliyi və pandemiyanın yaratdığı problemlərin həlli istiqamətində Qoşulmama Hərəkatı Üzv Dövlətlərində davamlı inkişafın təmin edilməsi məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirib.

331b2352 629c 3f9b ad9c e811e9e39992Qeyd edilib ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı gənclərin sülh və davamlı inkişaf sahəsində aktiv fəaliyyətinin təşviqi məqsədilə bir çox fəaliyyətlər təşkil edib:

“Sözügedən tədbirlərdə gənclərə QHGT yaranma tarixi, fəaliyyət prinsipləri, dəyərləri və strukturu haqqında ətraflı məlumat verilib. Qoşulmama Hərəkatı Gənclər Təşkilatı tərəfindən keçirilən layihələrdə gənclərin yerli və qlobal problemlərin həllində birgə fəaliyyəti təşviq olunub, COVID-19 pandemiyasından sonra gənclərin hərtərəfli inkişafının və dayanıqlı gələcəyin təmin edilməsi məqsədilə Qoşulmama Hərəkatına Üzv Dövlətlərlə əməkdaşlıq edilib”.

1c4cc60a d966 3b65 808e 39fe3220414e1c4cc60a d966 3b65 808e 39fe3220414e

Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi tərəfindən ilk dəfə keçirilən Beynəlxalq Qoşulmama Hərəkatı Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətlər üzrə 33 Milli Bölmə nəzdində 600-dən çox fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir.

55df2d7c 8e3f 3673 b132 f17ea9475b24331b2352 629c 3f9b ad9c e811e9e39992

Paylaş: